Keçid linkləri

2017, 20 Fevral, Bazar ertəsi, Bakı vaxtı 19:47

-

2016-cı ildə dövlət büdcəsi gəlirlərinin 1 mlrd. 810 mln. manatı Gömrük Komitəsinin payına düşəcək. Xəbəri APA-a yayıb.

Fevralın 23-ü parlament «Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında» qanunda dəyişikliklər layihəsinə baxacaq.

Bu, təsdiq olunmuş büdcədə nəzərdə tutulandan 220 mln. manat çoxdur.

Yeni layihədə Vergilər Nazirliyinin xətti ilə daxilolmaların payında da artım var. Ümumilikdə vergidən 7 mlrd. 10 mln. manat vəsaitin gəlməsi nəzərdə tutulur. Bu isə təsdiq olunan büdcədə nəzərdə tutulandan 408 mln. manat çoxdur.

Yada salaq ki, layihədə Neft Fondundan transferlərin həcimi də artırılıb. Bu artımda isə söhbət 1 milyard 615 milyon manatdan gedir...

Günün bütün mövzuları

XS
SM
MD
LG