Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 19:03

Beynəlxalq Bankın şikayəti geri qaytarıldı

Beynəlxalq Bank
Beynəlxalq Bank

-

«Azərbaycan Beynəlxalq Bankı» ASC-nin «City Bus» MMC və «Baghlan Group FZCO» şirkətinə qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Hakim Səriyyə Seyidovanın sədrliyi ilə keçirilən prosesdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin çıxardığı qərardad ləğv edilib. İş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılıb. Xəbəri «Report» yayıb.

«Azərbaycan Beynəlxalq Bankı» ASC 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, kredit borcunun qaytarılmasını tələb etmişdi. Məhkəmə ərizənin baxılmamış saxlanılması qərarını çıxarmışdı. Qərardan narazı qalan «Azərbaycan Beynəlxalq Bankı» ASC Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişdi.

This item is part of
XS
SM
MD
LG