Keçid linkləri

Təcili xəbərlər
2021, 09 May, bazar, Bakı vaxtı 06:23

Tevez ilə 25 milyondan imtina elədi


Carlos Tevez

"Boka Xuniors"un futbolçusu Karlos Tevez Çindən təklif alıb.

"Ole" saytının məlumatına görə, argentinalı futbolçuya "Şanxay İst Eyşa" klubu rəsmi təklif göndərib.

Klubun baş məşqçisi Sven-Yoran Erikson komandasının Asiya Çempionlar Liqasında daha inamlı çıxış etməsi üçün heyəti gücləndirmək istəyir.

Amma onun Tevezi transfer etmək istəyi baş tutmayıb,Tevez Çində oynamaq istəməyib.

Çin klubu 32 yaşlı Tevezin ilinə 25 milyon avro verirmiş.

Cari mövsümdə "Boka Xuniors"un heyətində 13 oyun keçirən Tevez 5 qol vurub.

XS
SM
MD
LG