Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 07:57

Ədliyyə Nazirliyi: “Məhbus Nurani İbrahimov yıxılıb ölüb”


Nurani Ibrahimov
Nurani Ibrahimov

►“Dustağın döyülərək öldürülməsi xəbəri həqiqətəuyğun olmayan qərəzli məlumatdır”

Ədliyyə Nazirliyi Penitensiar Xidməti 6 saylı cəzaçəkmə müəssisəsində bir neçə məhkumun döyülməsi, iki nəfərin öldürülməsi barədə xəbərləri təkzib edib.

Xidmətin açıqlamasında dustaqların öldürülməsi barədə xəbərlər “həqiqətə uyğun olmayan qərəzli məlumatlar” adlandırılır. Xəbəri Tirend yayıb.

Penitensiar Xidmət bildirir:

“6 saylı cəzaçəkmə müəssisəsində 7 il müddətinə azadlıqdan məhrum edilən məhkum Nurani İbrahimov qanunla nəzərdə tutulan gəzinti vaxtı qəflətən özünü pis hiss edərək yerə yıxılıb. Ona göstərilən təxirəsalınmaz tibbi yardıma baxmayaraq, vəfat edib”.

Faktla bağlı dərhal prokurorluğa məlumat verildiyi, araşdırma başlanıldığı bildirilir.

___________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Penitensiar Xidmət N. İbrahimovun üzərində işgəncə izləri olması barədə xəbərləri də təkzib edib. Xidmət bildirir ki, mərhumun meyidinin məhkəmə-tibb eksperti tərəfindən aparılmış ilkin xarici müayinəsi zamanı onun ölümünə səbəb olan xəsarətlər aşkar edilməyib. Daxili müayinəsinin aparılması və ölümünün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilib.

Xidmət həmçinin, 6 saylı müəssisədə cəza çəkən məhkuml Sahib Abbasovun döyülərək öldürülməsi ilə də bağlı deyilənləri təkzib edib.

Xidmətdən bildirildiyinə görə, digər məhkumlar Elmir Əsədovun və Tariyel Şahverdiyevin xəsarət alaraq xəstəxanaya köçürülmələri barədə yayılmış məlumatlar da doğru deyil.

Fevralın 12-də Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində 2 məhkumun döyülərək öldürüldüyü barədə xəbərlər yayılmışdı.

Penitensiar Xidmətin öldüyünü təsdiqlədiyi N. İbrahimovun yaxınları mərhumun bədənində işgəncə izlərinin olduğunu bildirmişdilər.

Yaxınları Nurani Ibrahimovun bədənində işgəncə izləri olduğunu deyərək bu fotonu yayıblar.
Yaxınları Nurani Ibrahimovun bədənində işgəncə izləri olduğunu deyərək bu fotonu yayıblar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG