Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 12:03

Parlament büdcəyə dəyişiklik edəcək


Milli Məclis
Milli Məclis

-

Milli Məclis fevralın 23-də dövlət büdcəsinə dəyişiklikləri müzakirə edəcək.

APA-nın xəbərinə görə, gündəliyə 5 məsələ daxil edilib.

2016-cı ilin dövlət büdcəsi haqqında qanuna dəyişikliklər əsas müzakirə mövzusu olacaq.

Yada salaq ki, parlamentin payız sessiyasında dövlət büdcəsi qəbul olunmuşdu. 2016-cı il üçün dövlət büdcəsində neftin barreli 50 dollardan hesablanmışdı. Mərkəzi Bankın sədri Elman Rüstəmov yanvarın sonunda yenilənən büdcədə neftin baza qiymətinin 30 dollardan götürüləcəyini bildirmişdi. Bir qədər sonra isə maliyyə naziri yeni layihədə bunun 25 dollar götürüldüyünü açıqladı.

XS
SM
MD
LG