Keçid linkləri

2026, 30 Aprel, cümə axşamı, Bakı vaxtı 12:44

Mikrorayonlarda köhnə binalar söküləcək

Bina
Bina

-

«Bakının doqquz mikrorayonundakı 5, 7 və 9- mərtəbəli köhnə binaların sökülməsi, yerində yeni binaların tikilməsi üçün konsepsiya hazırlanıb».

APA-nın məlumatına görə, bunu sahibkarlarla görüşündə fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

K.Heydərov bildirib ki, konsepsiyaya əsasən, bu binaların sakinlərinin yeni binalara köçürülməsi, həmin binaların yerində yenilərinin tikilməsi nəzərdə tutulur:
«Yeni tikilən binalardakı əlavə sahələr hesabına şirkətlər xərclərini təmin edə, gəlir də götürə biləcəklər. Fövqəladə Hallar Nazirliyi də bu sahədə tikinti şirkətlərinə dəstək verəcək».

This item is part of
XS
SM
MD
LG