Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:46

Sabah 19 dərəcə isti gözlənilir


Bulud
Bulud

-

Fevralın 17-də Bakı və Abşeronda hava əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti səhər duman olacağını, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağını bildirir. Gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeronda gecə 4-7, gündüz 11-16, bəzi yerlərdə 19 dərəcə isti olacaq. Bakıda isə gecə 5-7, gündüz 14-16 dərəcə isti gözlənilir.

Ölkənin rayonlarında da sabah hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Axşam isə yağıntılı olacağı gözlənilir.

Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 12-17, bəzi yerlərdə isə 21 dərəcə isti olacaq. Dağlarda gecə şaxta, gündüz 12-17 dərəcəyədək isti gözlənilir.

XS
SM
MD
LG