Keçid linkləri

2026, 26 İyul, bazar, Bakı vaxtı 16:32

R.Cekuta: «Hər kəsin fikrini ifadə haqqı var»

Robert Cekuta
Robert Cekuta

-

Nümayəndələr Palatasının 435 konqresmeni və 100 senator daxil olmaqla ABŞ Konqresinin hər bir üzvünün öz fikrini ifadə etmək hüququ var. APA xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta deyib.

Səfir bildirib ki, konqresmen Adam Schiff-in dediyi barədə məlumatı yoxdur: «Lakin ABŞ dövlət katibinin köməkçisi Victoria Nuland da azad və sülh bərqərar olunmuş Avropa istiqamətində öz səylərini göstərib. O da diqqətini məhz bu məsələyə cəmləyib».

Yada salaq ki, amerikalı konqresmen Adam Schiff-in «Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması» adlı qətnamə layihəsinin AŞPA-da keçməməsində ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Victoria Nuland-ın xüsusi rolu ilə bağladığı deyilir.

Qeyd edək ki, Robert Walter-in müəllifi olduğu «Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması» adlı qətnamə layihəsi AŞPA-nın qış sessiyası çərçivəsində yanvarın 26-da müzakirəyə çıxarılıb. 181 deputatın iştirak etdiyi səsvermədə 66 nəfər lehinə, 70 nəfər əleyhinə səs verib, 45 nəfər bitərəf qalıb. Layihə qəbul olunmayıb.

This item is part of
XS
SM
MD
LG