Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:47

“Şahmar Mövsümovun seçilməməsi hökumətə mesajdır”


Şahmar Mövsümov
Şahmar Mövsümov

►Koalisiya üzvləri hökumətdən vətəndaş cəmiyyəti ilə bağlı öhdəliklərini yerinə yetirməsini istəyir

Qlobal Mədən Sənayesi Şəffaflıq Təşəbbüsünün (MSŞT) İdarə Heyətinə seçkilərdə Dövlət Neft Fondunun (DNF) icraçı direktoru Şahmar Mövsümov seçilə bilməyib.

Ukraynalı deputat Olga Bielkova Avrasiya regionundan idarə heyətinə əsas üzv seçilib. Bu heyətin yeni tərkibi 2019-cü ilədək fəaliyyət göstərəcək.

Sadə vətəndaşda bu təşəbbüsün əhəmiyyəti, Ş. Mövsümovun idarə heyətinə seçilməməsinin nəticəsi və s.-lə bağlı sual yarana bilər.

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) neft, qaz və mədən sənayesində şəffaflıq üzrə qəbul olunmuş qlobal standartdır.

2003-cü il iyunun 17-də MHŞT-nin Londonda keçirilmiş 1-ci Beynəlxalq Konfransında Azərbaycan həmin təşəbbüsə qoşulub və hasilat sənayesində şəffaflığın təmin olunmasına yönəlmiş beynəlxalq səyləri dəstəklədiyini açıqlayıb.

Azərbaycana 2007-ci ildə “namizəd”, 2009-cu ildə isə “tamhüquqlu üzv” statusu verilsə də, ötən il vətəndaş cəmiyyətinə basqılar əsas gətirildiyindən ölkə “namizəd” statusuna qaytarılıb.

“Onun hətta ehtiyat üzv ola bilməməsi göstərir ki...”

MSŞT QHT koalisiyasının üzvü, iqtisadçı ekspert Zöhrab İsmayıl deyir ki, Ş. Mövsümovun idarə heyətində olması Azərbaycan hökumətinin mövqeyini müdafiə etməyə imkan verirdi: “Onun hətta ehtiyat üzv ola bilməməsi göstərir ki, qurumda Azərbaycana münasibət tam dəyişib”.

Z. İsmayıl ölkə statusunun aşağı salınmasını xatırladaraq deyir:

“Azərbaycan hökumətinə vətəndaş cəmiyyətinin prosesdə iştirakını və normal fəaliyyət göstərməsini təmin etmək üçün bir il vaxt verilmişdi. Demək, bu ilin aprel-may aylarında məsələyə yenidən baxılacaq. Vətəndaş cəmiyyətinə basqıların davam etməsinə və fəaliyyət çevrəsinin daraldılmasına görə deyə bilərik ki, çox təəssüf, Azərbaycan MSŞT-dən xaric edilə bilər”.

Onun qənaətincə, Ş.Mövsümovun seçilməməsi hökumətin prosesə təsir imkanının daha da azalacağı deməkdir.

__________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

“Məsuliyyət hökumətin üzərində qalır”

Adının açıqlanmasını istəməyən digər koalisiya üzvü Ş. Mövsümovun seçilməməsini hökumətə mesaj sayır:

“Hökumət bunun məsuliyyətini dərk etməlidir. Çünki 3 aydan sonra Azərbaycanın məsələsi yenidən müzakirəyə çıxarılacaq. Belə bir zamanda hakimiyyət nümayəndəsinin idarə heyətinə buraxılmaması Azərbaycan üçün yaxşı perspektivlər vəd etmir. Bu hakimiyyətin məsuliyyətini daha da artırmalı və onu üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında yerinə yetirməyə sövq etməlidir”.

Onun sözlərinə görə, çox az vaxt qalsa da, hakimiyyət öhdəliklərinin cüzi hissəsinə əməl edib:

“Bu gedişlə aprel ayında sonra toplaşacaq yeni tərkibdə İdarə Heyəti Azərbaycanla bağlı ciddi müzakirələr aparacaq. Hakimiyyət bu sınaqdan keçib, ölkənin əvvəlki statusunu qaytara biləcəkmi? Hər şey Azərbaycanın vətəndaş cəmiyyəti ilə bağlı öhdəliklərini necə yerinə yetirəcəyindən asılıdır. O üzdən, məsuliyyət hökumətin üzərində qalır”.

Buna da bax...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG