Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:24

Azərbaycanda 1.5 milyon muzdlu işçi var


Müəllim

-

Yanvarın 1-nə olan rəqəmlərə görə, Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 495 min nəfərdir.

Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir.

İşləyənlərin 877 min nəfəri dövlət sektorunun, 618 min nəfəri isə qeyri-dövlət sektorunun payına düşür.

Muzdla işləyənlərin ən böyük faizi təhsil sahəsinin payına düşür. İşləyənlərin 22 faizi bu sektora aiddir. 19 faiz ticarət, nəqliyyat vasitələrinin təmiri, 12 faiz sənaye, 8 faiz isə əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində çalışanlardır.

Komitənin rəqəmlərinə görə, 2015-ci ildə orta aylıq nominal əməkhaqqı əvvəlki illə müqayisədə 5 faiz artaraq 466 manata çatıb.

XS
SM
MD
LG