Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:02

«Gəncəbank» da müflislər sırasına qoşuldu


Foto illüstrasiya
Foto illüstrasiya

-

Fevralın 15-də daha bir bank – «Gəncəbank» müflis olduğunu elan edib.

1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin çıxardığı qərarla «Gəncəbank»ın iflas proseduru başladılıb.

«Report»un xəbərinə görə, bankın ləğvedicisi «Azerbaijan International Legal Company»dir. Müflis elan edilmiş banka qarşı tələblərin qeydiyyatı başlanıb.

«Gəncəbank» 1994-cü ildən bank bazarında olub. Əmanətlərin Sığortalanması Fondunun məlumatına görə, «Gəncəbank»ın yalnız 500 nəfəri aktiv olan 6 minə qədər əmanətçisi var. Fond «Gəncəbank»ın 378 əmanətçisinə 1.5 milyon manat ödəyəcək.

Bu yaxınlarda «United Credit Bank», «Texnikabank» və «Bank of Azerbaijan» müflis elan edilmişdi.

Beləliklə müflis olan bankların sayı 4-ə çatdı.

XS
SM
MD
LG