Keçid linkləri

2026, 20 Avqust, cümə axşamı, Bakı vaxtı 01:14

Bosniya AB-yə rəsmi ərizə verdi

Bosniya bayrağı.
Bosniya bayrağı.

-

Bosniya-Herseqovina Avropa Birliyinə üzv olmaq üçün rəsmi müraciət edib.

AB-nin xarici siyasət rəhbəri Federica Mogherini fevralın 15-də deyib ki, Sarayevo müraciətini edib, ancaq Brüssel qərar verib ki, bu Balkan ölkəsi üzvlüyün bütün şərtlərinə uyğun gəlmir.

Bosniyanın Baş naziri Denis Zvizdic fevralın 10-da demişdi ki, ölkəsi müraciəti təqdim edəcək və Bosniyanın bütün şərtlərə uyğun gəldiyinə inanır. O, Bosniyanın 2017-ci ildə namizəd statusu alacağına ümidvar olduğunu da bildirmişdi.

Bosniyanın tərkib hissəsi olan Srpska (Serb) Respublikası hökuməti isə dərhal bəyan edib ki, koordinasiya mexanizmini onlarla məsləhətləşmədən başladıblar.

This item is part of
XS
SM
MD
LG