Keçid linkləri

2024, 03 Mart, bazar, Bakı vaxtı 07:56

İctimai nəzarət qanunu müzakirə edilir


Milli Məclis
Milli Məclis

-

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında «İctimai nəzarət haqqında» yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

«Report»un xəbərinə görə, layihənin məqsədi mərkəzi və yerli icra hakimiyyətlərinin qanunvericilik aktlarını səmərəli şəkildə icra etməsini tənzimləməkdir. Habelə vətəndaşların və hüquqi şəxslərin qanuni maraqlarının qorunmasında şəffaflığın artırılmasıdır.

İctimai nəzarətin əsas mexanizmlərinə monitorinq, müşahidə, ekspertiza, və müraciətlərin araşdırılması daxildir.

Qanun ictimai nəzarətin digər formalarda həyata keçirilməsini məhdudlaşdırmır. Qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyacaqlar.

Qanunun Milli Məclisdə qəbul olunduğu və təsdiqləndiyi halda iyunun 1-dən hüquqi qüvvəyə minəcəyi gözlənilir.

XS
SM
MD
LG