Keçid linkləri

Təcili xəbərlər
2021, 21 İyun, Bazar ertəsi, Bakı vaxtı 11:08

Cəlilabadda yol sürüşmədən çöküb


Foto illüstrasiya

-

İntensiv yağıntılardan sonra Cəlilabad -Yardımlı avtomobil yolunda sürüşmə yenidən artıb.

APA-nın xəbərinə görə, ən təhlükəli durum yolun Cəlilabad rayonunun Zəhmətabad kəndindən keçən hissəsində qeydə alınıb. Dağ yamaclarından keçən avtomobil yolunun ayrı-ayrı ərazilərində yağış-qar sularının gölməçə halında toplanaraq çatlara dolması vəziyyəti daha da çətinləşdirib.

Torpaq qatınınhər gün genişlənərək dərəyə doğru hərəkət etməsi yaxınlıqdakı evlər və təsərrüfatlar üçün də təhlükə yaradıb.

Yerli sakinlər deyir ki, təkcə son günlər burada yol bir metrə yaxın çöküb. Yağıntılı günlərdə yoldan keçən nəqliyyat vasitələri çətinliklərlə üzləşirlər.

Yolda nəqliyyat vasitələrinin hərəkətinin təmin olunması məqsədilə çökmüş ərazilərə çınqıl, daş və torpaq tökülüb.

XS
SM
MD
LG