-
Emin Əliyev
TƏSADÜF OVÇULARI
Mənim qara itim,
Quduzlaşıb.
Adama oxşayır.
***
Torpağın ,
Nəfis qoxusunu örtür
Asfalt!
***
Nadinc əhaliyə
Üsyan üşütməsi gəlib
Axşamüstü.
***
Üsyançılar,
Günəşi tuturlar.
Gözləri qamaşır deyə
***
Gözübağlı əsgərlər
Yürüşçülərin
Əlini tutur.
***
Göydələnlər
Buludlara çatmaq üçün
Yarışırlar.
***
Gecənin ikisidir.
Ay işığını
Lampa əvəz edir
***
Yenə işıqsızlıq
Telefonun ekranı ilə
Onanizm
***
Gözlərim yumulur
Ölürəm
Ya da ki yorğunam.