Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Aprel, Cümə, Bakı vaxtı 04:23

Keçmiş məmurun həbs müddəti uzadıldı


Foto arxiv

Nazirliyin aparat rəhbərinin həbs müddəti uzadılıb

Binəqədi məhkəməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovun həbs müddətini uzadıb.

“Report” xəbər verir ki, məhkəmə prokurorluğun vəsadəti əsasında belə qərar verib.

V.Zeynalov məhkəməyə qədər daha 4 ay həbsdə olacaq

V.Zeynalov ötən il noyabrın 13-də 3 aylığa həbs olunmuşdu.

O mənimsəmə, israf etmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

XS
SM
MD
LG