Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Sentyabr, bazar, Bakı vaxtı 21:25

Naxçıvan məktəblərində qüsurlar var


Naxçıvan

-

Naxçıvan incəsənət və bədii sənətkarlıq məktəblərində nöqsanlar aşkarlanıb.

«Report»un xəbərinə görə, Naxçıvan mədəniyyət və turizm naziri Natəvan Qədimova bunu qurumun təşkilatçılığı ilə şəhər 2 saylı Uşaq Musiqi Məktəbində tədris işinin təşkili ilə bağlı zona müşavirəsində deyib.

Xanım nazirin deməsinə görə, yoxlamalar zamanı aşkar edilib ki, bir çox məktəblərdə kadrların yerləşdirilməsi işinə diqqət yetirilməyib. Üstəlik, müəllimlərin bəzilərinə ixtisasına uyğun olmayan dərslər verilib:

«Xüsusən kəndlərdə yerləşən məktəblərə kadr çatışmazlığı səbəbindən orta təhsilli müəllimləri yerləşdirilib. Bu da məktəblərdəki tədrisin səviyyəsinə mənfi mənada təsir edib. Belə neqativlərin qarşısını almaq məqsədilə məktəblərə kadrların yerləşdirilməsi nazirliyin nəzarətinə götürülüb. 2015-2016-cı tədris ilində kadrların yerləşdirilməsi məsələsi artıq mərkəzləşdirilib».

XS
SM
MD
LG