Keçid linkləri

Təcili xəbərlər
2021, 22 İyun, çərşənbə axşamı, Bakı vaxtı 14:47

Praqada muzeydə yanğın olub


Muzeydə yanğın, 12 fevral, 2016-cı il

-

Çexiya paytaxtı Praqanın mərkəzindəki Wenceslas meydanında yerləşən Milli Muzeyin damında yanğın olub.

Yanğın fevralın 12-də səhər tezdən baş verib, 2 saata söndürülüb.

Yanğınsöndürənlər muzeyin damının 200 kvadrat metrinin və üst qatının yandığını, ancaq eksponatlara ziyan dəymədiyini bildirir.

Tüstüdən zəhərlənmiş bir mühafizəçi xəstəxanaya götürülüb.

Yanğının səbəbi, ziyanın miqyası araşdırılır.

1885-1891-ci illərdə tikilmiş bu binada hazırda təmir işləri gedir, 2018-ci ildə tamamlanmalıdır.

XS
SM
MD
LG