Keçid linkləri

2017, 25 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:30

-

Bosniya-Herseqovinanın ali məhkəmə orqanı məhkəmələrdə və digər hüquq orqanlarında baş örtüyü və ya digər dini simvollar gəzdirməyə qadağanı qüvvədə saxlayıb. Qərar fevralın 11-də elan olunub. Həftəsonu paytaxtda və digər şəhərlərdə bu qadağaya etirazlar keçirilmişdi.

Qadağa hakimlərə və Bosniya ədliyyənin digər işçilərinə aiddir. Ancaq hicab xüsusi qeyd olunur.

Bu qadağa hələ oktyabrda elan olunub. Ancaq iki həftə öncə qüvvəyə mindiyindən ciddi tənqid və kütləvi etirazlar doğurub.

Ən böyük etiraz fevralın 7-də Sarayevoda keçirilib. Daha çox qadınlardan ibarət 2 min nəfər hicab geyinmək hüququna dəstək nümayişinə çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG