Keçid linkləri

2025, 14 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 21:07

Arxiv idarəsində Apellyasiya Şurası yaradıldı


Arxiv
Arxiv

-

Milli Arxiv İdarəsində Apellyasiya Şurası yaradılıb. «Report»un yaydığı xəbərə görə, şuranın əsasnaməsi və tərkibi təsdiq edilib. Şura altı nəfər üzvdən və katiblikdən ibarətdir. Şuraya idarənin rəis müavini Əsgər Rəsulov sədrlik edəcək.

Ötən həftə prezident İlham Əliyev «Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında» fərman imzalayıb. Fərmanın sahibkarların hüquqlarının müdafiəsi, bu sahədə şəffaflığın təmin olunmasına xidmət edəcəyi bildirilir. Artıq buna qədər bir neçə nazirliklərdə Apellyasiya Şurası yaradılıb.

XS
SM
MD
LG