Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 10:12

Qanunsuz ov edənlər cərimələnir


Ov

-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz ov hallarının qarşısının alınması məqsədilə ölkə ərazisində növbəti reydlər keçirib. Xəbəri bu nazirliyin özü yayıb.

2016-cı ilin yanvar ayı ərzində qanunsuz ov etməyə görə 48 nəfərin saxlandığı bildirilir. Bu şəxslərdən 43 ədəd ov tüfəngi və 202 ədəd patron maddi sübut kimi götürülüb.

Qanunu pozan 41 nəfər barəsində akt və protokol tərtib olunaraq hər biri 1000 manat cərimə edilib. Ümumilikdə 41 min manat məbləğində cərimə toplandığı bildirilir. Sənəd təqdim etməyən 7 şəxs barəsində isə polisə müraciət olunub.

XS
SM
MD
LG