Keçid linkləri

Təcili xəbərlər
2021, 14 Aprel, çərşənbə, Bakı vaxtı 03:16

Pakistan Qətərlə qaz sazişi imzalayır


Pakistan, arxiv fotosu

-

Qətər ildə 3.75 milyon ton maye təbii qazın ixracı barədə Pakistanla saziş imzalayıb. Bu barədə Qətər mediası fevralın 10-da yazıb.

Saziş Pakistanın Baş naziri Nawaz Sharif-in Qətərə səfəri zamanı imzalanıb. Pakistan mediası sövdələşmənin 16 milyard dollar dəyərində olduğunu yazır.

Bu sazişlə Pakistanın qaz ehtiyacının 20 faizi ödənəcək. Bunu Pakistanın Neft naziri Shahid Khaqan Abbasi deyib.

Abbasi Pakistan mediasına bildirib ki, bu sənəd ölkəsi üçün “oyunu dəyişdirir”, ölkə ildə 1 milyard dollara qənaət edəcək.

Pakistan hazırda ciddi təbii qaz çatışmazlığı yaşayır.

XS
SM
MD
LG