Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:19

Müxalifət liderinin üzünə tort çırpdılar- [Video]


-

Rusiyada müxalifət lideri Mixail Kasyanovun "tort hücumu"na məruz qalmasının videosu yayılıb.

Restoranda başqa bir şəxslə masa arxasında söhbət edən Kasyanova iki nəfər yaxınlaşır. Biri tortu onun üzünə çırpır, o biri isə videosunu çəkir.

Daha sonra onu "Amerika casusu" olmaqda ittiham edirlər.

Kreml Mikhail Kasyanova hücumu pisləyib və Çeçenistan rəhbərliyinin bununla heç bir əlaqəsi olmadığını bildirib.

İnsidentlə bağlı 3 çeçen polisi Moskvada saxlanıb və onlara qarşı iş açılıb.​

Kasyanov Putinin hakimiyyətin ilk illərində baş nazir olub.

İndi PARNAS partiyasının sədridir və hökuməti tənqid edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG