Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:23

«Multikulturalizm Azərbaycanın həyat tərzidir» adlı kitab sərgisi açılıb


Sərgi ilin sonunadək davam edəcək.
Sərgi ilin sonunadək davam edəcək.

-

Fevralın 9-da Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında «Multikulturalizm ili»nə həsr olunmuş «Multikulturalizm Azərbaycanın həyat tərzidir» adlı kitab sərgisinin açılış mərasimi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Kərim Tahirov 2016-cı ilin ölkədə «Multikulturalizm ili» elan edildiyini, bunun Azərbaycandan dünyaya ünvanlanan sülh, anlaşma, tolerantlıq mesajı olduğunu vurğulayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitik şöbəsinin müdiri Nəriman Qasımzadə mərkəzin təşəbbüsü ilə ölkədə və xaricdə «Azərbaycan multikulturalizmi» fənninin tədris edildiyini bildirib: «Azərbaycan multikulturalizmi sözünün arxasında çox böyük mədəniyyət, ədəbiyyat və tarix dayanır. Multikulturalizm özündə fərqli düşüncələrə, inanclara sahib etnik, dini qrupların və fərqli mədəniyyət daşıyıcılarının bir yerdə, eyni dövlətin ərazisində yaşayaraq bir-birini zənginləşdirməsini, sülh şəraitində yaşamasını, bu sahədə dövlət siyasətini ehtiva edir».

Azərbaycan multikulaturalizminin dünya modelləri arasında xüsusi yer tutduğunu bildirən Nəriman Qasımzadə çalışdığı mərkəz tərəfindən «Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları2 adlı kitabın çap olunduğunu da vurğulayıb.

Sərgi ilin sonunadək davam edəcək. Milli Kitabxanada Azərbaycanın multikulturalizm tarixinə həsr olunmuş guşə də yaradılacaq.

İl ərzində müxtəlif təşkilat və nəşriyyatların bu mövzuda dərc etdirdiyi bütün materiallar guşədə nümayiş olunacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG