Keçid linkləri

Təcili xəbərlər
2021, 25 İyun, Cümə, Bakı vaxtı 00:53

Neft və qazdan büdcəyə gələn vergi azalacaq


Xəzər

-

2016-cı ildə neft sektorundan büdcəyə daxilolmaların məbləği xeyli azalacaq.

APA xəbər verir ki, bunu fevralın 10-da vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

«Qarşıdakı ildə büdcəyə vergi daxilolmaları proqnozlarında neft-qaz sektorundan xeyli kəsir olacaq. Biz buna ciddi yanaşırıq. Bununla bağlı əlavə mənbələr axtarılıb və tapılıb. Hesab edirik ki, büdcənin gəlir hissəsinin təmin olunmasında Vergilər Nazirliyinin proqnozları tamamilə yerinə yetirəcək. Biz sahibkarlardan da xahiş edirik ki, onlar bu məsələləri nəzərə alsınlar və büdcəyə ödənilməli olan vergiləri tam versinlər. Belə olduğu təqdirdə, bizim heç bir problemimiz olmayacaq»-deyə S. Ələkbərov vurğulayıb.

XS
SM
MD
LG