Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 01:42

ABŞ Moldova ilə bağlı ittihamı rədd edir


Foto arxiv

ABŞ Vaşinqtonun Moldovanı Avropa Birliyi və NATO üzvü olan Rumınyaya birləşdirmək cəhdi ilə bağlı rusiyapərəst siyasətçi İgor Dodonun iddiasını rədd edib.

Müxalifətdə olan “Moldova Sosialist Partiyası”nın lideri Dodon ötən həftə Rusiya mətbuatına müsahibəsində Vaşinqtonun belə bir dəhşətli senarisi olduğunu bildirib və Moldovanı Moskvanın rəhbərlik etdiyi Avrasiya ittifaqına qoşulmağa çağırıb.

ABŞ-ın Kişinaudakı səfirliyi fevralın 9-da onun bu ittihamının tamamilə cəfəng olduğunu bildirib.

Səfirlik bəyan edib ki, Moldova suveren dövlətdir və Vaşinqton onun müstəqilliyi və ərazi bütövlüyünü tam dəstəkləyir.

XS
SM
MD
LG