ABŞ Əfqanıstanın Helman əyalətinə əlavə yüzlərlə qüvvə göndərir.
Son vaxtlar Talibanın bu əyalətdə fəallaşdığı müşahidə olunur.
ABŞ ordusunun sözçüsü Michael Lawhorn fevralın 9-da bildirib ki, yeni qüvvələr təhlükəsizliyin təmin edilməsilə məşğul olacaq və Əfqanıstan ordusunun 215-ci bölməsinə məsləhətlər verəcək.
Əfqanıstan ordusu talibançıları bu əyalətdən çıxarmağa çalışır.
Helmand tiryək istehsalına görə strateji əyalətlərdən biridir.