Keçid linkləri

Təcili xəbərlər
2021, 06 May, Cümə axşamı, Bakı vaxtı 17:23

Burnu kəsilən əfqan qadın Türkiyədədir


Reza Gul

Əri tərəfindən burnu kəsilən əfqan qadın Türkiyədə plastik əməliyyatdan keçəcək.

Ankaradakı “Mimine” hospitalının həkimləri bildirib ki, proses 4 həftə çəkə bilər və iki əməliyyatdan sonra qadının burnu bərpa olunacaq.

20 yaşlı Reza Gul-un sözlərinə görə, əri onun burnunu kəsdikdən sonra çöllükdə tənha buraxıb.

Buna səbəb onun icazəsiz evdən çıxması olub.

Qeyd edək ki, bu hərəkət beynəlxalq aləmin qınağına səbəb olub.

Reza Gul fevralın 5-də xəstəxanada deyib ki, yetkinlik yaşına çatmamış zorla ərə verilib və 6 il evdə zorakılığa məruz qalıb.

XS
SM
MD
LG