Keçid linkləri

Təcili xəbərlər
2021, 20 İyun, bazar, Bakı vaxtı 11:21

Dəməşqdə partlayış törədilib


Foto arxiv

Dəməşqdə polis klubuna hücum nəticəsində azı 8 nəfər ölüb.

Parlayışı fevralın 9-da intiharçı törədib.

Daxili işlər nazirliyinin məlumatına görə, partlayış böyük hökumət binalarının yerləşdiyi ərazidə törədilib.İntiharçı minalanmış maşını klubun dayanacağında partladıb.

Londonda fəaliyyət göstərən Suriya İnsan Haqları Mərkəzinin məlumatına görə, partlayış nəticəsində 8 zabit ölüb, 20-si isə yaralanıb.

Hücuma görə cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.

XS
SM
MD
LG