Keçid linkləri

2017, 23 Aprel, bazar, Bakı vaxtı 19:54

-

Fevralın 9-da ABŞ-ın şimal-şərqindəki Nyu Hempşir ştatında praymeriz keçirilir, seçicilər Respublikaçılar və Demokratlardan prezidentliyə namizədlər arasında seçim edirlər.

Ştatın nisbətən seyrək əhalisinə baxmayaraq, bu praymeriz mühüm sayılır.

Respublikaçılardan Donald Trump və senator Ted Cruz öndə gedirlər.

Demokratlarda isə əsas mübarizə keçmiş Dövlət katibi Hillary Clinton ilə senator Bernie Sanders arasında gedir.

Ötən həftə Ayova ştatındakı seçkidə Cruz və Clinton qalib gəlib.

Gələn aylarda da hər bir ştatda namizədlər arasında seçim ediləcək və iyulda partiyalar həmin namizədləri elan edəcəklər. İki namizəd noyabrda prezident seçkisində mübarizə aparacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG