Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 23:06

Balıq ovu 40 faizə yaxın azalıb


Arxiv fotosu

-

2015-ci ildə Azərbaycanda 565,6 ton balıq ovlanıb. Halbuki, ötən il 156 hüquqi və fiziki şəxsə balıq ovu üçün 677,9 ton kvota verilmişdi.

Dövlət Statistika Komitəsi 2014-cü ilə müqayisədə 2015-ci ildə kvota üzrə balıq ovunun 35,8 azaldığını bildirir. Ovlanmış balığın 138 tonu kilkə, 118 tonu siyənək, 116 tonu kütüm, 78 tonu kefal, 54 tonu külmə, 21 tonu çapaq balıqlarının payına düşüb.

Ötən il balıqçılar tərəfindən kvota üçün ödəniş 26,7 min manat təşkil edib.

XS
SM
MD
LG