-
«Müqavilə 10 illik bağlanıb. Müqaviləyə əsasən, Azərbaycanda «Formula – 1» yarışları 5 il mütəmadi keçirilməlidir. Azərbaycan 5 il ərzində yarışların dayandırılması haqda qərar qəbul etsə, buna görə cərimə ödəməlidir».
APA bu xəbəri Gənclər və Idman naziri Azad Rəhimova isnadən yayıb.
Nazirin sözlərinə görə, yalnız birinci 5 ildən sonra Azərbaycan tərəfi öz istəyinə əsasən yarışı ya keçirə, ya da dayandıra bilər.
«Ancaq ilk 5 ildə bu yarışlar hökmən keçirilməlidir. Hazırda yarışın büdcəsi 12 milyon dollardır. Bu yarışın büdcəsi hər il ödənən haqq və təşkilati xərclərdən ibarətdir, bunun da açıqlaması olacaq. Heç nə gizli qalmayacaq» - deyə nazir A.Rəhimov bildirib.
«Formula-1» yarışlarının Bakı mərhələsi 2016-cı il iyunun 17-dən 19-dək keçiriləcək.