Keçid linkləri

2026, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:11
Ilham Əliyev
Ilham Əliyev

AzadliqLive - İlham Əliyev :"Biz hazır deyildik"

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir

15:24 12.2.2016

"Bunun ermənilərlə əlaqəsi yoxdur"

Bunu ABŞ Konqresinin Helsinki Komissiyasının rəhbəri, «Azərbaycan Demokratiya Aktı» adlı qanun layihəsinin müəllifi Chris Smith fevralın 11-də komissiyanın iclasında söyləyib:

«Azərbaycan Demokratiya Aktı»nın məqsədi cinayət törətməyən insanları həbsdən azad etdirməkdir. Bunun ermənilərlə heç bir əlaqəsi yoxdur. Sənəddə Azərbaycanda insan haqlarından danışılır».

16:12 12.2.2016

Daha bir vəkili cəzalandırırlar

Daha bir vəkilin – Yalçın İmanovun cəzalandırılması üçün Vəkillər Kollegiyasına müraciət olunacaq. Fevralın 12-də Nərimanov Rayon Məhkəməsində AXCP sədrinin müşaviri Məmməd İbrahimin işinə baxan hakim Turqay Hüseynov bu barədə qərar qəbul edib.

Məhkəmə iclasında öncə şahid qismində Aqşin Haqverdiyev dindirilib. O, Məmməd İbrahimin heç kimi döymədiyini, əksinə, onun özünü döyməyə çalışıb söydüklərini bildirib:

17:35 12.2.2016

İlham Əliyev :"Biz hazır deyildik"

İlham Əliyev fevralın 12-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Neftin qiymətinin aşağı düşməsi geosiyasi məsələləri üzrə enerji təhlükəsizliyi” mövzusunda “dəyirmi masa”da iştirak edib. O deyib: "Biz bu dövrə hazır deyildik. Əslində, biz postneft dövrünə 2030-cı ildən sonra hazırlaşmağı planlaşdırırdıq. Lakin bu yaxınlarda Nazirlər Kabinetinin iclasında söylədiyim kimi, neftdən sonrakı dövr artıq bizim üçün başlamışdır və bu, gözlənilməz idi. Səmimi söyləsəm, hesab edirəm ki, neftin qiymətinin dörd dəfə aşağı düşəcəyini heç kim təsəvvürünə gətirə bilməzdi. Biz hazır deyildik, heç kim hazır deyildi. Ona görə çox qısa vaxt çərçivəsində biz büdcənin necə tarazlaşdırılması, sosial proqramların necə davam etdirilməsi və hansı investisiya layihələrinə maliyyələşdirmənin dayandırılması yolunu tapmalı idik. Bu, asan deyildi. Çünki biz 100 dollardan baha olan qiymətə öyrəşmişdik. Əlbəttə ki, bizim uzun illər üçün nəzərdə tutulmuş inkişaf planımız var idi. Bizim daha yüksək neft qiymətinə əsaslanan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyamız var idi. İndi isə neftin qiyməti aşağıdır.(Azərtac)

18:33 12.2.2016

Ünvanlı sosial yardım qaydası dəyişdirilir

Yeni qaydalara görə, Azərbaycanda yaşayan və müraciətdən əvvəlki son 12 ay ərzində orta aylıq gəliri ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr sosial yardım ala bilər. Sosial yardımın məbləği ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərqlə ölçülür. Ətraflı

Davamı

XS
SM
MD
LG