Bank sektoru bata bilər?
«Hökumət təcili tədbirlər görməsə, xarici valyutada problemli borclar bütövlükdə bank sektorunu batıra bilər». İqtisadçı ekspert Qubad İbadoğlu belə bir açıqlama yayıb.
İnstaqramda yenilik
Foto, video paylaşım şəbəkəsi «Instagram»da birdən çox hesabı olan istifadəçilərə xoş xəbər var.
Bu günədək belə istifadəçilər bir hesabdan çıxıb digərinə qoşulmaqdan ötrü hər dəfə yenidən hesab bilgilərini yazmalıydılar. Bu da vaxt itkisinə səbəb olurdu.
Artıq «Instagram» bu çətinliyi çözüb. Proqramın yeni versiyasında eyni vaxtda bir neçə hesabla giriş mümkündür.
Yeniləmə həm iOS-da, həm də «Android» platformasında ələçatımlıdır.
Texnikabank müflis oldu
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi fevralın 10-da belə qərar qəbul edib. Məhkəmə qərarına əsasən, bank müflis elan edilib, iflas proseduru başlanıb. Qərarla «M.M.M. Perfekt Konsaltinq» şirkəti bankın ləğvedicisi təyin olunub. Məhkəmə qərarı dərhal icraya yönəldilib.
Haqqın.az yazır ki, yaxın vaxtlaradək bankda 78,44 faiz pay baş idarəsi Lüksemburqda yerləşən Beaufort Investissements S.A. şirkətinə məxsus idi. Qalan 21,55 faiz isə fiziki şəxslərindir. Onlar arasında Etibar Əliyevin payı 87,06 faizdir.
Ərzaq nə qədər bahalanıb?
Dövlət Statistika Komitəsi (DSK) fevralın 10-da yaydığı məlumatda bildirib ki, bütövlükdə istehlak məhsulu və əhaliyə göstərilən pullu xidmət qiymətləri yanvarla müqayisədə təxminən 6 faiz artıb.
Bu ilin yanvarında yeyilən məhsullar - 8,7 faiz, yeyilməyən, tükədilib-işlədilən məhsullar - 5,6 faiz, əhaliyə göstərilən pullu xidmətlər 2,1 faiz bahalanıb.