Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 20:22

-

Bakıda növbəti intihar baş verib. Özünü öldürən şəxsin 45 yaşlı paytaxt sakini Elman İbrahimov olduğu bildirilir. “Qafqazinfo” xəbər verir ki, hadisə Xətai rayonunda baş verib.

Xəbərdə deyilir ki, R.Məmmədov küçəsi, ev 22, mənzil 83-də yaşayan 1970-ci il təvəllüdlü Elman Əliheydər oğlu İbrahimov intihar edib. O, özünü binanın damından ataraq öldürüb.

İntiharın səbəbi haqda dəqiq məlumat yoxdur.

Hadisə ilə bağlı Xətai rayon 36-cı Polis Bölməsində araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG