Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:35

"Bakı-Tbilisi-Qars" ilin sonuna hazır olacaq


Bakı-Tbilisi-Qars dəmiryolu
Bakı-Tbilisi-Qars dəmiryolu

Türkiyə parlamentinin üzvi Ahmet Arslan deyib ki, “Bakı-Tbilisi-Qars” dəmir yolu bu ilin sonuna kimi başa çatacaq. Onun sözlərin görə, layihəsinin tezliklə bitməsi üçün böyük səylə işlər gedir. Türkiyənin “Milliyet» qəzetinə danışan Ahmet Arslan bildirib ki, bu layihə bütün Türkiyə üçün önəmlidir:

«Bir sıra hadisələr üzündən layihənin icrası gecikdi, Amma onun bu ilin sonuna kimi bitirilməsi məqsədilə Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat nazirləri görüş keçiriblər. Fevralın 12-də bir daha görüşəcəklər. Layihənin başa çatması üçün hamı əlindən gələni edir.”

“Azərbaycan Dəmir Yolları“ QSC –dən isə bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu üçün bu ilin yayında Azərbaycana Stadler Rail Group şirkətinin yataq tipli ilk on sərnişin vaqonu gətiriləcək.

Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov “Trend”ə bildirib ki, bu vaqonların istehsalına ötən ilin sentyabrından başlanılıb: Həmin şirkət ilə müqaviləyə əsasən, 30 vaqon istehsal olunacaq. Tikinti işləri uğurla aparılır və 10 vaqondan ibarət ilk partiya bu ilin iyul-avqust aylarında Bakıya gətiriləcək".

Azərbaycan “Bakı-Tbilisi-Qars” xətti üçün yataq tipli 30 sərnişin vaqonu sifariş edib. Vaqonlar 4 kateqoriyada istehsal olunur: "Standart", "komfort", "biznes" və "restoran". Kateqoriyasından asılı olaraq, vaqonlar 10, 20 və 32 yerlik olacaq.

XS
SM
MD
LG