Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 07:54

100 yük vaqonu gətiriləcək

arxiv fotosu
arxiv fotosu

Bu il Rusiyadan Azərbaycana daha 100 yük vaqonu gətiriləcək. Bunu Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Nadir Əzməmmədovun sözlərinə görə, bu ötən il Rusiyanın "Uralvaqonzavod" SC ilə bağlanmış müqavilə çərçivəsində həyata keçiriləcək.

O, həmçinin qeyd edib ki, müqaviləyə əsasən, Azərbaycan müxtəlif növ 3100 yük vaqonu almalıdır: "Onların arasında sisternlər, yarımvaqonlar, konteynerlərin daşınması üçün platformalar var. 3 min vaqon artıq Azərbaycana çatdırılıb və istifadə edilir. Qalan 100 vaqon isə bu il çatdırılacaq".

This item is part of
XS
SM
MD
LG