Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:47

Mənfəət neftindən gəlirlər kəskin azalıb


Mənfəət neftinin satışından gəlirlər kəskin şəkildə azalmaqda davam edir.

2016-cı ilin yanvarında Dövlət Neft Fondu “Azəri-Çıraq-Günəşli” (AÇG) mənfəət neftinin satışından $442 mln gəlir əldə edib, Bunu Turan Fonda istinadən bildirir.

2001-ci ildən 2016-cı il fevralın 1-nə kimi AÇG blokundan mənfəət neftinin satışından ARDNF-yə $117,5 mlrd vəsait daxil olub.

2015-ci ildə AÇG blokundan mənfəət neftinin satışından ARDNF-nin gəlirləri $6,9 mlrd, bundan bir il əvvəl isə 15,2 mlrd olub.

Qeyd edək ki, dövlətin AÇG blokundan mənfəət neftinin satışından gəlirləri hər il azalır. Yanvarda o, minimuma düşüb. Çünki BTC FOB Ceyhan neftinin orta ixrac qiyməti $32,33 təşkil edib. Ötən il dövlət hər ay AÇG çərçivəsində $550-600 mln əldə edib.

XS
SM
MD
LG