Keçid linkləri

2026, 24 Avqust, bazar ertəsi, Bakı vaxtı 22:27

SOCAR yanacağın qiymətindən danışır

Rövnəq Abdullayev
Rövnəq Abdullayev

“Azərbaycanda yanacağın qiymətinin neftin dünya qiyməti ilə heç bir bağlılığı yoxdur". Trend-in məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev Bakı Biznes Mərkəzində gənc neftçilərlə görüşündə bildirb:

"Bizdə yanacağın qiymətini Tarif Şurası, ümumi Azərbaycan iqtisadiyyatı və orta qiymətlər fonunda müəyyən edir. Azərbaycanda cəmi bircə dəfə daxili bazarda yanacağın qiyməti xarici bazardakından bir az yüksək olub. O da cəmi bir-iki ay davam edib- deyə Rövnəq Abdullayev bildirib.

Yada salaq ki, Azərbaycanda yanacağın qiyməti sonuncu dəfə 2013-ci ilin dekabrında bahalaşıb.O vaxt rəsmilər Azərbaycanda yanacağın qiymətinin artırılmasını məhz dünyada neftin qiymətinin bahalaşması ilə izah etmişdilər.

This item is part of
XS
SM
MD
LG