Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:31

«Coca-Cola» nazirliyi məhkəməyə verib


«Coca-Cola»
«Coca-Cola»

-

«Azerbaijan Coca-Cola Bottlers» Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentini məhkəməyə verib.

«Report»un xəbərinə görə, MMC departamentin qərarının ləğv olunması, hesablanmış və dövlət büdcəsinə ödənilmiş pulun qaytarılmasını tələb edir.

Bakı Vergilər Departamentinin qərarı ilə «Coca-Cola» cərimələnib və həmin məbləğ şirkətin hesabından tutulub. Bunu qanunsuz sayan «Coca-Cola» məhkəməyə müraciət edib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı mümkünsüz hesab edib.

Bu qərarla razılaşmayan «Coca-Cola» apellyasiya şikayəti verib.

XS
SM
MD
LG