Keçid linkləri

2026, 10 İyun, çərşənbə, Bakı vaxtı 07:57

DİN: «Maşınlar yanmayıb, yandırılıb»

Polis
Polis

-

Fevralın 5-də Yasamal rayonu A.Şərifzadə küçəsində «Volvo» və «Bentley» markalı maşınlar yandırılıb. Məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb.

Nazirlik maşınları yandıran şəxsin Bakı şəhər sakini Vasif Eyvazov olduğunu bildirir:

«Əvvəl «Volvo» markalı avtomobil yandırılıb. Yanğından yaxınlıqda dayanan «Bentley» markalı avtomobilin arxa qanadının rəngi qopub, sağ arxa işığı əriyib. Hadisə nəticəsində xəsarət alan yoxdur».

Faktla bağlı araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyi ötən gün avtomobillərin yanması ilə bağlı məlumat yaymışdı.

This item is part of
XS
SM
MD
LG