Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 10:56

Penitensiar Xidmətdə 18 nəfər işdən çıxarılıb


Həbsxana
Həbsxana

-

18 əməkdaş ədliyyə orqanlarından xaric edilib. Bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2015-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirəsində bildirilib. Xəbəri APA yayıb.

Qeyd edilib ki, hesabat dövründə vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşmaq və korrupsiyaya zəmin olan şəraitin aradan qaldırılmasına yönələn konkret tədbirlər görülüb.

Pozuntulara yol verən 322 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, 18 əməkdaş isə tutduqları vəzifədən azad olunub.

Bəzi mətbu orqanlarında bu xidmət sahəsində ciddi problemlərin olduğu qeyd edilir. 2014-cü ilin sonunda Elşad Babayev adlı məhbusun işgəncə nəticəsində 11 saylı həbsxanada vəfat etdiyi bildirilir. E.Babayevin bacısının açıqlamalarına görə, bu ölüm faktı tam araşdırılmayıb, günahkar olanlar cəzalandırılmayıb. E.Babayevə olan işgəncələrə etiraz edən 10-larla məhbus «tubzon» adlanan yerdə saxlanılaraq işgəncələrə məruz qalıblar. Bunu isə həmin məhbusların yaxınları mətbuata bildiriblər.

XS
SM
MD
LG