Keçid linkləri

2017, 23 İyul, bazar, Bakı vaxtı 00:54

Kadyrov Zakaevi vətənə dönməyə çağırıb


Ramzan Kadyrov

Çeçenistan rəhbəri Ramzan Karyrov çeçen döyüşçülərinin keçmiş lideri Ahmet Zakaevi vətənə dönməyə çağırıb.

Kadyrov onun həyatına heç bir təhlükə olmadığını deyib.

Beynəlxalq axtarışda olan Zakaev terrorçuluqda ittiham olunur.

RİA Novostinin məlumatına görə Kadyrov bunu Zakaevin qohumlarına baş çəkərkən deyib.

TASS-ın məlumatına görə, görüş Urus-Martanda olub.

Kadyrov deyib ki, əgər İçkeriyanın keçmiş döyüş komandirləri müdafiə naziri, səhiyyə naziri, böyük əksəriyyəti deputat və öz vətənlərindədirsə, Zakaev də vətəninə dönüb öz evində yaşamalıdır.

Kadyrov qeyd edib ki, artıq İçkeriya və elə bir ideya yoxdur.

O həmçinin deyib ki, Zakaevi öldürmək üçün Çeçenistandan adamlar göndərilməsi barədə onun dedikləri əsassızdır.

Zakaevsə “Exo Moskva” radiosuna müsahibəsində belə bir görüşdən xəbərdar olduğunu, amma vətənə dönmək fikrində olmadığını deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG