Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:59

Yatsenyuk:"Bir komanda kimi getməliyik"


Arseniy Yatsenyuk

Ukraynanın baş naziri Arseniy Yatsenyuk fevralın 5-də ölkədə artan siyasi böhran fonunda kabinetlə birlikdə istefayla hədələyib: ”hamımız bir komanda kimi gəlmişik və gələcəkdə də işi bir komanda kimi davam etdirməliyik. Əgər komandanın dəyişməsi ilə bağlı qərar qəbul edilsə, onda hamımız birlikdə gedəcəyik”,deyə o vurğulayıb.

Qeyd edək ki, Yatsenyukun bu bəyanatı iqtisaqdiyyat naziri Abromaviciusun istefa verməsindən 2 gün sonraya təsadüf edir.

Abromavicius istefasının səbəbini islahatların qarşısının alınması ilə izah edib.

Qərb rəsmiləri onun istefasından təəssüf bildiriblər.

Amma prezident Petro Poroshenko bildirib ki, nazir islahatları davam etdirmək üçün yerində qalmalıdır.

XS
SM
MD
LG