Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:41

Nazirlik büdcədən yeyilən milyondan danışır


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

Maliyyə Nazirliyi dövlət büdcəsindən ayrılan milyon manatdan artıq vəsaitin mənimsənilməsi faktlarını aşkar edib.

Bu haqda nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2015-ci ildə aparılmış nəzarət tədbirlərinin nəticələri barədə yaydığı məlumatda bildirilir.

Nazirlik ötən il 100-ə yaxın dövlət qurumunun maliyyə fəaliyyətinin təftiş edildiyini bildirir. Yoxlamalar cari qaydada, eləcə də Baş Prokurorluğunun məktublarına və məhkəmə orqanlarının qərarlarına əsasən aparılıb. Nəticədə milyon manatdan artıq büdcə vəsaitinin mənimsənildiyi aşkar edilib.

Mənimsəməyə yol verdiyi deyilən qurumlar bunlardır - Ağcabədi və Samux rayon icra hakimiyyətlərinin ərazi dairələri. Onların 262 min manatdan artıq mənimsəməyə yol verdikləri qeyd edilir. Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Dövlət Maşın Sınaq Stansiyası ilə bağlı isə 233 min manatın taleyindən bəhs edilir. Hesabatda Təhsil Nazirliyinin «Təhsil» Respublika İdman Mərkəzinin Sumqayıt filialının da adı keçir. Bu dəfə isə mənimsənilən məbləğin həcimi 156 min manat olub.

2015-ci ildə Baş Prokurorluğun məktubları və məhkəmə qərarları ilə təftiş edilən 29 təşkilatda isə cəmi 625 min manatın mənimsənməsi aşkar olunub.
Maliyyə Nazirliyi mənimsəməyə yol verən qurumlar barədə tədbirlər görülməsi üçün Baş Prokurorluğa müraciət olunduğunu bildirir.

Nazirlik, həmçinin, 2015-ci ildə 2 milyon 392 min manat məbləğində əsassız ödənişlərin edildiyini qeyd edir. Həmin məbləğin 1 milyon 669 min manatının büdcəyə bərpa olunmasının təmin edildiyini bildirir.

Nazirliyin məlumatında bəzi qurumların maliyyə fəaliyyəti ilə bağlı nəzarət tədbirlərinin gücləndirildiyi vurğulanır.

XS
SM
MD
LG