Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:00

Keçmiş qanun keşikçisi ömürlük cəza aldı


Foto illüstrasiya
Foto illüstrasiya

-

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl və quldurluqda təqsirləndirilən Şakir Orucov, Röyal Əhmədov, Rəşad Tağıyev və Rəhim Səttarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xəbəri APA yayıb.

Hökmə əsasən, Şakir Orucov ömürlük, Röyal Əhmədov 20 il, digərlərinin hər biri isə 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ş.Orucov Naxçıvan Daxili İşlər Nazirliyinin Mühafizə Şöbəsində çalışıb. Onlar 2012-ci ildə Naxçıvan şəhərində yaşayan Nəsibə Axundovanı öldürərək evini qarət etməkdə günahlandırılırlar. Daha sonra Bakıya gələn dəstənin həmin əməlləri davam etdirdikləri bildirilir.

XS
SM
MD
LG