Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

Maliyyə Nazirliyindən QHT-lərə müraciət


Foto illüstrasiya
Foto illüstrasiya

-

Maliyyə Nazirliyi QHT-lərə müraciət edib ki, maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq təqdim etsinlər. Bu haqda APA xəbər yayıb.

QHT-lərin illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası Nazirlər Kabinetinin 201 nömrəli qərarı ilə təsdiq edilib.

Həmin qərara əsasən, qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:

1.maliyyə vəziyyəti haqqında.

2.maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat.

3.əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.

Maliyyə fəaliyyətinin olmaması barədə ayrıca arayış forması təsdiq edilib . Təşkilat maliyyə fəaliyyəti olmadığı halda yalnız həmin formanı dolduraraq nazirliyə təqdim edir. Nazirlik QHT-lərdən illik maliyyə hesabatlarının elektron qaydada alınması məqsədilə proqram da hazırlanıb.

XS
SM
MD
LG