Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 12:21

E.Rüstəmov prezident fərmanından danışdı


Elman Rüstəmov

-

«Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması müsbət addımdır». «Report» xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

O qeyd edib ki, indiyədək Azərbaycanda maliyyə bazarlarına nəzarət edən bir neçə qurum fəaliyyət göstərirdi:

«Bu funksiyanı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti həyata keçirirdi. Beynəlxalq təcrübəyə əsaslanaraq konsolidasiyaya gedildi. Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması maliyyə bazarlarında vahid siyasət və vahid tənzimləmə standartları rejimini həyata keçirməyə imkan yaradacaq. Bunu reallaşdırmaq mümkün olacaq».

E.Rüstəmov bu yöndə Mərkəzi Bankın öz funksiyalarını həyata keçirməsinin asanlaşacağını söyləyib: «Çünki Mərkəzi Bankın maliyyə sabitliyinin təmin olunması funksiyası ləğv olunmayıb, əvvəlki formada qalıb. Maliyyə sektorunda, xüsusi ilə maliyyə sabitliyinin yaradılmasına birgə çalışacağıq» -deyə baş bankir qeyd edib.

XS
SM
MD
LG