Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:53

Evə sənəd almaq asanlaşıb?


Dəmiryolu yaxınlığında evlər.
Dəmiryolu yaxınlığında evlər.

-

«Əgər sənədi olmayan yaşayış evi boru kəmərlərinin yaxınlığında, yüksəkgərginlikli elektrik xətlərinin altında, yol kənarında yerləşmirsə, onlara güzəşt qaydasında dövlət reyestrindən çıxarış verilir. Şərtlərdən biri də torpağın istifadə təyinatının dəyişdirilməməsidir». Bu fikri dünən– fevralın 3-də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti rəisinin müavini Elşad Məmmədov «Rəsmiləşdirilə bilməyən daşınmaz əmlakın dövlət qeydiyyatı» mövzusunda keçirilmiş «dəyirmi masa»da səsləndirib.

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat katibi Qulu Xəlilov AzadlıqRadiosuna deyib ki, daşınmaz əmlakın vahid idarəçiliyi yaradılandan sonra mülkiyyətə dair sənədin alınması sadələşib. Vətəndaşlar «bir pəncərə» prinsipi əsasında müraciət edərək, həm torpağa, həm də onun üzərində tikilən daşınmaz əmlaka qeydiyyat sənədə ala bilirlər.

ÖTƏN İL SƏNƏDLƏŞDİRİLƏN EV SAYI 35 MİNİ AŞIB

Hündürlüyü 12 metrdən aşağı, torpaq sahəsi özəl mülkiyyətdə olan daşınmaz əmlakın sahibi Xidmətə üz tutmaqla mülkiyyət sənədini ala bilər. Yəni nə tikiliyə icazə və sərəncam, nə istismara qəbul aktı tələb olunur, amma layihənin yerli icra hakimiyyətində təsdiqi tələb edilir. ƏMDK sözçüsü belə deyir.

2015-ci ildə 35 mindən çox fərdi yaşayış və bağ evinə dövlət qeydiyyat sənədi («mülk kağızı») verilib. Bunların bir hissəsi də vaxtilə lazımi icazə prosedurlarına əməl etmədən inşa olunmuş fərdi evlərdir.

Özbaşına tikililərin böyük bir hissəsi bələdiyyə şuralarının qərarı əsasında vətəndaşlara verilmiş torpaq sahələri üzərindir. Bu, əsasən Bakı şəhəri və onun qəsəbələrində müşahidə olunan haldır. Fərdi yaşayış evi tikintisi üçün ayrılmış bu torpaq sahələrinin özəlləşdirilməsində çətinliklə üzləşən vətəndaşlar evin eskiz layihəsini Bakı şəhər İH-də də keçirə bilmirdilər. Nəticədə ev tikilir, ona qanuni sənəd almaq isə daha da çətinləşirdi.

Qeyri-rəsmi hesablamalara görə, ölkədə sənədsiz evlərin sayı 510 mindən çoxdur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG