Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:32

BVF: "Azərbaycan bir sıra mənfi şoklara məruz qalıb"


Foto arxiv
Foto arxiv

►Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti Bakıya səfərinin sonunda açıqlama yaydı

“Azərbaycan iqtisadiyyatı bəzi neqativ hadisələr, xüsusilə də neftin qiymətinin düşməsi, iqtisadi artımın gerilməsi və manatın məzənnəsinin düşməsindən bir sıra ciddi şoklara məruz qalıb".

Bu barədə Beynəlxalq Valyuta Fondunun yanvarın 28-dən fevralın 3-dək Bakıda səfərdə olmuş missiyasının yanvarın 3-də yaydıqları yekun pres-relizdə bildirilir.

Səfərdə məqsəd əməkdaşlıq və texniki yadım məsələlərini müzakirə etmək idi.

Sənəddə deyilir ki, hakimiyyət böhranla bağlı bir sıra tədbirlər qəbul edib.

“Ehtiyatların azalması və xarici şokların artması fonunda Azərbaycan Mərkəzi Bankı manatı devalvasiya elədi və üzən məzənnəyə buraxdı. Devalvasiya rəqabət qabiliyyətinin artmasına kömək elədi. Bundan sonra, Mərkəzi Bank ölkədən kapital axınlarının qarşısını almaq üçün tədbirlər gördü, bəzi problemli banklar birləşdirildi və ya ləğv elədi. Hökumət fiskal siyasəti azalan neft gəlirlərinə uyğunlaşdırmağa başladı. Bundan başqa keçmişdə neftin kəskin bahalaşması nəticəsində dövlət tərəfindən artan investisiya qoyuluşu daralmağa başladı.Əlavə olaraq, aztəminatlı əhalini müdafiə etmək üçün pensiya və ünvanlı sosial yardımın məbləği artırıldı. İşgüzar mühiti yaxşılaşdırmaq üçün bir sıra prioritet struktur islahatları elan edildi".

Hesabatda daha sonra deyilir ki, iqtisadi artım üzərində təzyiqlər yaxın gələcəkdə, rəsmi orqanların üzləşdiyi əsas problemlərin böyük ehtimalla davam edəcəyini göstərir.

Amma hakimiyyət əlavə tədbirləri gücləndirsə, mövcud ehtiyatlara görə bu problemlərin öhtəsində gələ biləcək.

Hesabatda qeyd edilir ki, gələcək iqtisadi siyasətə çoxillik fiskal konsolidasiya planı hazırlanması, çevik məzənnə rejiminə keçmək üçün pul siyasətinin möhkəmləndirilməsi, maliyyə sektoru və nəzarətin gücləndirilməsi, habelə iqtisadiyyatı daha çox şaxələndirmək üçün struktur islahatlar daxildir.

Sonda hesabatda bildirilir ki, buna görə, biz hökumətin 2016-cı ildə dövlət investisiya xərclərini daha davamlı səviyyədə azaltmaq niyyətini dəstəkləyirik. Rəsmi orqanlar və BVF işçi heyəti yaxın siyasi dialoq aparmaq və texniki yardımı artırmaq baxımından razılığa gəliblər.

Bundan əvvəl məlumat yayılmışdı ki, Bakıya gələn nümayəndə heyəti ilə Azərbaycan hökumətinin 4 milyard dollarlıq borc xahişi də müzakirə olunub. Amma prezident İlham Əliyev borc söhbətini təkzib etmişdi.

“Moskva” univermağında qızılsatanlar işi dayandırdı
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Bunlara da bax:
XS
SM
MD
LG